DÜNYA

28 Noyabr

LUKOIL üçün Britaniya hökumətindən müvəqqəti lisenziya

Finss.az xəbər verir ki, Böyük Britaniya LUKOIL-ın xarici aktivlərini idarə edən Lukoil International GmbH şirkətinə üç ay müddətinə əməliyyatlar aparmağa icazə verib. Britaniya hökumətinin rəsmi veb saytında dərc edilən lisenziya 27 noyabr 2024-cü ildən 26 fevral 2026-cı ilədək qüvvədə olacaq.

Lisenziyaya əsasən, bu müddət ərzində Lukoil International və onun törəmə şirkətlərinə mövcud və yeni müqavilələr çərçivəsində ödənişlər etmək və almaq, həmçinin bəzi fəaliyyətləri davam etdirmək hüququ verilir. Bu icazə şirkətin beynəlxalq əməliyyatlarının tam dayanmaması üçün müvəqqəti hüquqi mexanizm kimi nəzərdə tutulub.

Qeyd edək ki, LUKOIL oktyabr ayının ortalarından Böyük Britaniya tərəfindən sanksiyalara məruz qalıb. Ardınca şirkət ABŞ-ın Xüsusi Təyin Edilmiş Qeyri-Kommersiya Təşkilatları – SDN siyahısına da əlavə olunub. Buna baxmayaraq, Britaniyanın yaratdığı müvəqqəti istisna LUKOIL-ın bəzi ödəniş və idarəetmə əməliyyatlarını məhdud çərçivədə davam etdirməsinə imkan verir.