Cəmiyyət

13 Yanvar

ADY sərnişinlər üçün ekspres qatar biletlərini 10% ucuzlaşdırıb

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) artan sərnişin tələbatını təmin etmək məqsədilə 17, 18, 24 və 25 yanvar tarixlərində Bakı–Ağstafa–Bakı istiqamətində əlavə qatar reysləri təyin edir. Sözügedən reyslər üzrə biletlər endirimli qiymətlərlə satışa çıxarılacaq.

ADY-dən Finss.az-a verilən məlumata görə, 5 yanvar 2026-cı il tarixindən etibarən Bakı–Ağstafa–Bakı ekspres tipli qatar reysləri üzrə bilet qiymətlərinə 10 faiz endirim tətbiq olunur.

Eyni zamanda, bu marşrut üzrə müəyyən edilmiş 23 kiloqramlıq pulsuz baqaj normasından əlavə, 10 kiloqrama qədər yükün daşınması üçün rüsum 40 manatdan 20 manata endirilib.

Biletləri dəmir yolu kassalarından, ADY-nin rəsmi saytından və ya “ADY Mobile” mobil tətbiqi vasitəsilə əldə etmək mümkündür.

Fuad Mədətov
Finss.az