2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycandan Özbəkistana qeyri-neft məhsulları ixracı 68,5 milyon ABŞ dolları təşkil edib.
Finss.az Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatına əsasən xəbər verir ki, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 32,5 milyon dollar və ya 1,9 dəfə artım deməkdir.
Hesabat dövründə Özbəkistana ixrac olunan qeyri-neft məhsullarının Azərbaycanın ümumi ixracındakı payı 2,06% təşkil edib. Bu nəticəyə əsasən, Özbəkistan Azərbaycandan ən çox qeyri-neft məhsulları alan ölkələr arasında 9-cu yerdə qərarlaşıb.
Qeyd edək ki, 2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycanın xarici ölkələrlə ümumi ticarət dövriyyəsi 44,589 milyard ABŞ dolları olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,480 milyard dollar və ya 3,4% artım deməkdir. Xarici ticarətin strukturu belə olub: ixrac 23,401 milyard dollar, idxal 21,188 milyard dollar. Ötən il ərzində ixrac 937 milyon dollar və ya 3,8% azalıb, idxal isə 2,416 milyard dollar və ya 12,9% artıb.
Fuad Mədətov
Finss.az
