2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycandan Rusiyaya qeyri-neft məhsulları ixracı 1,079 milyard ABŞ dolları təşkil edib.
Finss.az Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatına əsasən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 11 milyon dollar və ya 1% artım deməkdir.
Hesabat dövründə Rusiya Azərbaycandan ixrac olunan qeyri-neft məhsullarının 32,52%-ni alaraq ölkələr arasında birinci yeri tutub.
Eyni zamanda, 2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycan xarici ölkələrlə ümumilikdə 44,589 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatları həyata keçirib ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 1,480 milyard ABŞ dolları və ya 3,4% artım deməkdir.
Xarici ticarətin strukturu belə olub:
- İxrac: 23,401 milyard ABŞ dolları (son il üzrə 937 milyon dollar və ya 3,8% azalma)
- İdxal: 21,188 milyard ABŞ dolları (son il üzrə 2,416 milyard dollar və ya 12,9% artım)
Fuad Mədətov
Finss.az
