BİZNES

13 Yanvar

Azərbaycanda siqaret və tütün istehsalı artıb

2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda 15,7 milyard ədəd siqaret və siqar istehsal edilib, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 15,3% artım deməkdir.

Finss.az Dövlət Statistika Komitəsinin məlumatına əsasən xəbər verir ki, dekabrın 1-nə ölkədə hazır məhsul ehtiyatı 1,016 milyard ədəd təşkil edib.

Eyni dövrdə ölkədə tütün istehsalı 1 786,1 ton olub ki, bu da illik müqayisədə 56,6% azalma göstərir. Ötən ilin dekabrın 1-nə tütün üzrə hazır ehtiyat 486,9 ton idi.

Pərakəndə ticarət şəbəkəsində istehlakçılara 2,409 milyard manatlıq içki və tütün məmulatları satılıb, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2,5% artım deməkdir. Bu məhsulların ticarət dövriyyəsində xüsusi çəkisi 4,1% təşkil edib.

Fuad Mədətov
Finss.az