BİZNES

28 Noyabr

Azərbaycanda əsas kapital investisiyaları: Daşınmaz əmlaka yönəldilmiş pay 2,5 dəfə artıb

2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanda əsas kapitala yönəldilmiş investisiyalardan daşınmaz əmlakla bağlı əməliyyatlara 7 milyon manat sərf olunub.

Finss.az Dövlət Statistika Komitəsinin məlumatına əsasən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 4,2 milyon manat və ya 2,5 dəfə çoxdur. Qeyd edək ki, 2024-cü ilin ilk 10 ayında daşınmaz əmlak əməliyyatlarına yalnız 2,8 milyon manat sərf olunmuşdu.

Hesabat dövründə ölkədə bütün maliyyə mənbələrindən əsas kapitala 14,830 milyard manat investisiya yönəldilib ki, bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 1,3% artım deməkdir.

Investisiyaların sektor üzrə bölgüsü belə olub:

  • Məhsul istehsalı sahələri: 7,500 milyard manat (50,6%)
  • Xidmət sahələri: 4,863 milyard manat (32,8%)
  • Yaşayış evlərinin tikintisi: 2,467 milyard manat (16,6%)

Eyni zamanda, neft-qaz sektoruna yönəldilmiş investisiyalar 8,8% azalarkən, qeyri-neft-qaz sektoruna yönəldilmiş investisiyalar 6% artıb.

Fuad Mədətov
Finss.az