BİZNES

28 Noyabr

Azərbaycanda maye qaz istehsalı artıb

2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanda 190 min ton maye qaz istehsal edilib.

Finss.az Dövlət Statistika Komitəsinin məlumatına əsasən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici 23,7 min ton və ya 14,2% artım deməkdir. 2024-cü ilin yanvar-oktyabr aylarında ölkədə 166,3 min ton maye qaz istehsal edilib.

Noyabrın 1-i vəziyyətinə hazır məhsul ehtiyatı 2,6 min ton təşkil edib.

Qeyd edək ki, hesabat dövründə neft məhsullarının istehsalının ümumi dəyəri 4,563 milyard manat olub ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,9% artım deməkdir.

Fuad Mədətov
Finss.az