BİZNES

27 Noyabr

Azərbaycandan Yunanıstana qaz ixracı 679,6 milyon dollar olub

2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycandan Yunanıstana təbii qaz ixracı açıqlanıb.

Finss.az Azərbaycanın Dövlət Statistika Komitəsinin məlumatına əsasən xəbər verir ki, bu dövrdə Azərbaycandan Yunanıstana 358,1 milyon kubmetr təbii qaz ixrac edilib, ixracın dəyəri 679,6 milyon ABŞ dolları təşkil edib.

Ötən ilin eyni dövrü ilə müqayisədə, dəyər baxımından 13 milyon dollar və ya 1,9% azalma, həcm baxımından isə 77 milyon kubmetr və ya 27,4% artım müşahidə olunub. 2024-cü ilin yanvar-sentyabr aylarında Azərbaycan Yunanıstana 281,1 milyon kubmetr qaz göndərmişdi və bunun dəyəri 692,6 milyon dollar təşkil etmişdi.

Cari ilin yanvar-sentyabr aylarında Azərbaycandan ümumilikdə 18,5 milyard kubmetr təbii qaz ixrac olunub, bunun dəyəri 6,7 milyard ABŞ dolları olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 623,3 milyon dollar və ya 10,3% artım, həcm baxımından isə 203,2 milyon kubmetr və ya 1,1% azalma deməkdir.

Eyni dövrdə Azərbaycana 252,2 milyon kubmetr təbii qaz idxal edilib, idxalın dəyəri 39,1 milyon ABŞ dolları təşkil edib. Bu göstəricilər ötən ilin müvafiq dövrü ilə müqayisədə dəyər baxımından 49,4%, həcm baxımından isə 47,8% azalma göstərir.

Fuad Mədətov
Finss.az