2025-ci ilin yanvar–oktyabr aylarında Azərbaycandan Xorvatiyaya neft ixracı açıqlanıb.
Finss.az Azərbaycanın Dövlət Gömrük Komitəsinin məlumatına əsasən xəbər verir ki, bu dövrdə Azərbaycandan Xorvatiyaya 1,188 milyon ton bitumlu süxurlardan əldə olunmuş xam neft və neft məhsulları ixrac edilib. İxracın dəyəri 634,7 milyon ABŞ dolları təşkil edib.
Ötən ilin eyni dövrü ilə müqayisədə, Xorvatiyaya ixrac dəyər baxımından 207,9 milyon dollar və ya 24,6%, həcm baxımından isə 187 min ton və ya 13,6% azalıb. 2024-cü ilin yanvar–oktyabr aylarında Azərbaycan Xorvatiyaya 1,375 milyon ton, dəyəri 842,6 milyon dollar olan neft və neft məhsulları ixrac etmişdi.
Qeyd olunur ki, 2025-ci ilin ilk 10 ayında Azərbaycan ümumilikdə 20,8 milyon ton xam neft və neft məhsulları ixrac edib, və bu ixracın ümumi dəyəri 10,9 milyard ABŞ dollarını ötür.
Fuad Mədətov
Finss.az
