2025-ci ilin yanvar–oktyabr aylarında Azərbaycandan Çexiyaya neft ixracı açıqlanıb.
Finss.az Azərbaycanın Dövlət Gömrük Komitəsinin məlumatına əsasən xəbər verir ki, bu dövrdə Azərbaycandan Çexiyaya 1,308 milyon ton bitumlu süxurlardan əldə edilmiş xam neft və neft məhsulları ixrac edilib. İxracın dəyəri 701,4 milyon ABŞ dolları təşkil edib.
Ötən ilin eyni dövrü ilə müqayisədə, Çexiyaya ixrac dəyər baxımından 199,4 milyon dollar və ya 22,1% azalıb, həcm baxımından isə 126 min ton və ya 8,8% aşağı düşüb. 2024-cü ilin yanvar–oktyabr aylarında Azərbaycan Çexiyaya 1,434 milyon ton, dəyəri 900,8 milyon dollar olan neft məhsulları ixrac etmişdi.
Qeyd olunur ki, cari ilin ilk 10 ayında Azərbaycan ümumilikdə 20,8 milyon ton xam neft və neft məhsulları ixrac edib, bu ixracın ümumi dəyəri 10,9 milyard ABŞ dollarını ötür. 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 1,9 milyard dollar (15%) azalma, həcm baxımından isə 182,6 min ton (0,9%) artım müşahidə olunub.
Fuad Mədətov
Finss.az
