BİZNES

06 Oktyabr

Goldman Sachs rəhbəri: 2026-cı ildə ABŞ iqtisadi artımı sürətlənəcək

Finss.az xəbər verir ki, Goldman Sachs Group-un baş icraçı direktoru David Solomon, 2026-cı ildə ABŞ iqtisadiyyatının sürətlənəcəyi proqnozunu verib. Solomon bildirib ki, davamlı hökumət stimulları, süni intellekt texnologiyalarına yatırımlar və infrastrukturun genişlənməsi ABŞ-ın zəifləyən əmək bazarı və artan geosiyasi riskləri ilə bağlı mənfi təsirləri üstələyə bilər.

David Solomon qeyd edib ki, ABŞ-da AI infrastrukturu quruculuğu və texnoloji xərclərin artması iqtisadi fəallığın əsas lokomotivləri olacaq. Onun sözlərinə görə:

“Hökumət xərcləri və süni intellekt sahəsindəki sərmayələr ABŞ iqtisadiyyatını gələcəkdə daha dayanıqlı və güclü edə bilər. ABŞ iqtisadiyyatı ümumilikdə hələ də kifayət qədər sağlam vəziyyətdədir.”

O, həmçinin idxal tarifləri və əmək bazarındakı durğunluq kimi mənfi amillərin olmasına baxmayaraq, ümumi mənzərənin pozitiv qaldığını vurğulayıb.

David Solomon əlavə edib ki, ABŞ-da tənzimləmə mühitindəki dəyişikliklər fonunda korporativ rəhbərlik birgə müəssisə, satınalma və birləşmə kimi strateji qərarlarda daha idrakkar və iddialı davranmağa başlayıb.

“Biz sövdələşmələrdə artım görürük və bu tendensiyanın 2026-cı ilə qədər davam edəcəyini gözləyirik.”