Finss.az xəbər verir ki, ABŞ-da General Motors (GM), Ford Motor və Hyundai şirkətlərinin elektrikli avtomobil satışları 2025-ci ilin üçüncü rübündə rekord həddə çatıb. Bu artım, elektrik mühərrikli nəqliyyat vasitələri (EV) üçün tətbiq olunan vergi güzəştlərinin ləğvindən əvvəl müşahidə olunub.
1 oktyabr tarixinə qədər amerikalılar elektrikli avtomobil alışı zamanı 7 500 dollara qədər federal vergi güzəştindən yararlana bilirdilər. Bu təşviq proqramı ilk dəfə 2022-ci ildə tətbiq olunmuşdu, lakin Donald Tramp administrasiyası tərəfindən ləğv ediləcəyi elan olunub.
General Motors-un məlumatına görə, şirkətin iyul ayındakı satışları illik müqayisədə 8% artaraq 710,3 min avtomobilə çatıb. Üçüncü rübdə GM-in elektrikli nəqliyyat vasitələrinin satışı 66,500-dən çox olub və bu, ötən dövrlə müqayisədə yarıdan çox artım deməkdir.