BİZNES

03 Oktyabr

Hitachi və OpenAI qlobal Aİ infrastrukturunun inkişafı üzrə əməkdaşlığa başlayır

Finss.az xəbər verir ki, Yaponiyanın Hitachi korporasiyası ilə ChatGPT-nin yaradıcısı olan OpenAI arasında qlobal süni intellekt (Aİ) infrastrukturunun inkişafı və enerjidən səmərəli məlumat emalı mərkəzlərinin qurulması məqsədilə anlaşma memorandumu imzalanıb.

Hitachi-nin verdiyi məlumata görə, razılaşma OpenAI baş direktoru Sem Altmanın iştirakı ilə keçirilən görüşdə əldə olunub. Tərəflər əməkdaşlıq çərçivəsində generativ Aİ texnologiyalarının inkişafını sürətləndirmək və enerji istehlakı xərclərini azaltmaq niyyətindədir.

Əməkdaşlıq çərçivəsində Hitachi, OpenAI-nin məlumat emalı mərkəzləri üçün elektrik ötürülməsi və soyutma sistemləri, eləcə də Aİ modelləri üçün texnoloji həllər təqdim edəcək.

Bu xəbər fonda Tokio birjasında Hitachi səhmlərinin 10,3% artmasına səbəb olub. Şirkət, həmin gün Nikkei 225 indeksində ən çox artım göstərən komponent olub.