BİZNES

03 Oktyabr

Yaponiyada Tankan İndeksi yüksəldi: İqtisadi inam artmaqdadır

Finss.az xəbər verir ki, Yaponiya Bankı tərəfindən ölçülən və ölkənin əsas istehsal şirkətləri arasında iqtisadi inamı əks etdirən Tankan İndeksi 2025-ci ilin üçüncü rübündə 13-dən 14-ə yüksəlib. Bu, 2024-cü ilin dördüncü rübündən bəri qeydə alınan ən yüksək göstəricidir.

Mütəxəssislər indeksdəki bu artımı qismən Tokio ilə Vaşinqton arasında yeni ticarət sazişinin bağlanması ilə əlaqələndirirlər. Bu razılaşma biznes mühitində pozitiv gözləntiləri artırıb.

Bununla belə, Ticarət İqtisadiyyatı (Trading Economics) tərəfindən keçirilən sorğularda analitiklər Tankan İndeksinin 15-ə qədər yüksələcəyini proqnozlaşdırırdı. Faktiki nəticə isə bir qədər aşağı olub – 14 bal.

Aşağıdakı sənaye sahələrində iqtisadi inamın artımı müşahidə olunub:

  • Toxuculuq sənayesi: 0-dan → 4 bala
  • Kimya sənayesi: 14 → 15 bal
  • Maşınqayırma: 23 → 27 bal
  • Gəmiqayırma və ağır maşınqayırma: 27 → 36 bal
  • Metallurgiya sənayesi: minimum səviyyədən çıxış
  • Metal sənayesi: 8 → 10 bal

Tankan indeksində müsbət dəyər o deməkdir ki, iqtisadi mühiti əlverişli hesab edən şirkətlərin faizi, mənfi rəy bildirənlərdən çoxdur.