BİZNES

03 Oktyabr

"SOCAR Green" Səngəçal terminalına illik 500 milyon kVt/saat "yaşıl enerji" ayıracaq

“SOCAR Green” Səngəçal terminalının karbonsuzlaşdırılması üçün 500 milyon kVt/saat enerji ayıracaq.

Finss.az xəbər verir ki, bunu “SOCAR Green” şirkətinin günəş və külək enerjisi üzrə eksperti Elçin Tarquliyev Bakı İqlim Fəaliyyəti Həftəsində (BCAW2025) bildirib.

O qeyd edib ki, 240 Mvt gücündə innovativ layihə çərçivəsində enerjini şəbəkəyə verərək Səngəçal neft-qaz terminalının karbonsuzlaşdırılması üçün 500 milyon kVt/saat-dan çox enerji təmin olunacaq: "Bu, terminalın dekarbonizasiyasına kömək edəcək."

E. Tarquliyev əlavə edib ki, “SOCAR Green” əsasən kiçik və orta ölçülü bərpa olunan enerji layihələri üzərində işləyir, bu da şirkətlərə emissiyaları və elektrik enerjisi xərclərini azaltmağa imkan verir. Enerji ölkə tariflərindən bir qədər aşağı qiymətə satılır. Şirkət həmçinin geotermal enerji və bioqaz potensialını da araşdırır.