BİZNES

03 Oktyabr

2030-cu ilə qədər bərpa olunan enerji gücü 11 000 GVt-a çatdırılmalıdır – Pərviz Şahbazov

Qlobal istiləşmənin 1,5 dərəcə ilə məhdudlaşdırılması üçün enerji transformasiyası vacibdir.

Finss.az xəbər verir ki, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov Bakı İqlim Fəaliyyəti Həftəsində çıxışı zamanı bildirib.

O vurğulayıb ki, Paris Sazişinin məqsədlərinə nail olmaq üçün 2030-cu ilə qədər bərpa olunan enerji mənbələrinin gücü 11 000 GVt-a çatdırılmalı, enerji saxlama gücü 1 500 GVt-a qədər artırılmalı, 25 milyon kilometr elektrik şəbəkəsi tikilməli və ya yenilənməli, həmçinin generasiya və istehlak mərkəzlərini birləşdirən yeni enerji dəhlizləri yaradılmalıdır.

P.Şahbazov qeyd edib ki, yalnız ötən il dünyada 582 GVt yeni “yaşıl güc” quraşdırılıb, lakin "IRENA" məlumatına görə, bu hədəfə çatmaq üçün illik artım 16,6 faiz olmalıdır. O əlavə edib ki, davamlı enerji keçidi müasir şəbəkələr, saxlama sistemləri və səmərəli enerji ötürmə infrastrukturu olmadan mümkün deyil.