BİZNES

02 Oktyabr

Avropa Komissiyası Prada-nın Capri Holdings-i almasını təsdiqlədi

Finss.az xəbər verir ki, Avropa Komissiyası Prada moda evinin Capri Holdings şirkətini almasını rəsmən təsdiqləyib. Bu qərar Aİ-nin əsas antiinhisar orqanı tərəfindən aparılan araşdırmalardan sonra verilib.

Komissiyanın rəsmi açıqlamasında bildirilir ki, təklif olunan birləşmə nəticəsində şirkətlərin bazardakı mövqeyi rəqabətə ciddi təsir etmədiyi üçün əməliyyat təsdiqlənib. "Əməliyyat sadələşdirilmiş nəzərdən keçirmə proseduru çərçivəsində araşdırıldı və rəqabət baxımından narahatlıq doğurmur", – deyə Komissiya qeyd edib.

Qeyd edək ki, Prada-nın Capri Holdings-i alması ilə bağlı müqavilə 2025-ci ilin aprelində elan edilib və bu ilin ikinci yarısında yekunlaşması gözlənilir. Müqavilə çərçivəsində məşhur Versace brendi 1,375 milyard dollar dəyərində qiymətləndirilib.

Xatırladaq ki, Capri Holdings 2018-ci ildə Versace-ni 1,8 milyard avroya satın almışdı. Şirkət həmçinin Michael Kors və Jimmy Choo kimi məşhur brendlərə də sahibdir.

Məlumata görə, Capri Holdings-in səhmləri xəbərdən sonra bazar öncəsi ticarətdə 0,4% artıb.