BİZNES

02 Oktyabr

Polşa 2026-cı il büdcəsində rekord müdafiə xərcləri ayırdı – ÜDM-in 4.81%-i orduya gedəcək

Finss.az xəbər verir ki, Polşa hökumətinin 2026-cı il üçün dövlət büdcəsi layihəsi ölkənin parlamenti Sejm-ə təqdim olunub. Sənədin məzmunu rekord səviyyədə müdafiə xərcləri ilə diqqət çəkir.

Büdcə layihəsinə əsasən, ümumi dövlət xərcləri 918,9 milyard zloty (təxminən 230 milyard dollar) təşkil edəcək. Gəlirlər isə 271,7 milyard zloty səviyyəsində proqnozlaşdırılır.

Ən diqqətçəkən məqam isə müdafiə sahəsinə ayrılan vəsaitlə bağlıdır:
Polşa orduya 200 milyard zloty (təxminən 54.9 milyard dollar) ayıracaq. Bu, ölkənin ÜDM-in 4.81%-nə bərabərdir və bu sahədə tarixi maksimum göstərici hesab olunu.

Bu rəqəm 2025-ci ildəki 186,6 milyard zloty (51,2 milyard dollar) göstəricisini də üstələyir. 2025-ci ilin müdafiə xərcləri ÜDM-in 4.7%-i səviyyəsində planlaşdırılmışdı.

Polşanın müdafiə büdcəsində bu sürətli artım, ölkənin regional təhlükəsizlik narahatlıqları və NATO ilə sıx əməkdaşlığının gücləndirilməsi kontekstində qiymətləndirilir. Müdafiə sənayesinin inkişafı, silahlanma və hərbi modernizasiya bu xərclərin əsas istiqamətləri olacaq.