Finss.az xəbər verir ki, İspaniyanın Repsol, LLOG Exploration Offshore və O.G. Oil Gas şirkətlərindən ibarət konsorsium, ABŞ-ın Meksika körfəzində, Luiziana sahillərində yerləşən Leon-Kastilya dərinsulu yataqlarında ilk neft hasilatını həyata keçirib. Bu, Repsol-un ABŞ-da karbohidrogen hasilatını artırmaq strategiyası çərçivəsində mühüm addım kimi qiymətləndirilir.
Repsol-un yaydığı rəsmi press-relizə əsasən, 2025-ci il ərzində daha iki yeni quyunun qazılması, eləcə də hasilatın əsas mərhələsinin 2026-cı ildə başlanması planlaşdırılır.
Şirkətin açıqlamasına görə, bu layihə Alyaskada yerləşən Picca yatağının işlənməsi ilə paralel olaraq Repsol-un ABŞ enerji bazarındakı iştirakını gücləndirəcək. Picca yatağının 2026-cı ilin əvvəlində istismara verilməsi gözlənilir.
Repsol-un layihədə pay bölgüsü aşağıdakı kimidir:
-
Leon yatağında – 50% iş payı
-
Castilla yatağında – 35,62% pay
-
Salamanca üzən hasilat platformasında (FPU) – 2,5% pay
Salamanca hasilat blokunun ilkin gündəlik hasilat gücü təxminən 60.000 barel neft və 40 milyon kub fut (1,1 milyon kubmetr) təbii qaz təşkil edir.
Bu yeni texnoloji və strateji addımlar ABŞ enerji sənayesində dərin sularda hasilatın artması, eləcə də Avropa enerji şirkətlərinin qlobal bazarda mövqeyini gücləndirməsi baxımından əhəmiyyətlidir.