BİZNES

01 Oktyabr

Avrasiya İqtisadi Birliyində yanacaq və aviabiletlərə gömrük rüsumları ləğv edildi

Finss.az xəbər verir ki, Avrasiya İqtisadi Komissiyasının (AİK) Şurası Avrasiya İqtisadi Birliyinə (AİB) üzv ölkələr üçün bir sıra yanacaq məhsulları və aviabiletlərə tətbiq edilən gömrük rüsumlarını 2026-cı ilədək ləğv edib.

AİB-ə üzv ölkələr arasında Rusiya, Ermənistan, Belarus, Qazaxıstan və Qırğızıstan yer alır. Yenilənmiş qərar dizel yanacağı, gəmi yanacağı, digər qazlar və aviasiya biletləri kimi məhsul və xidmətləri əhatə edir.

AİK-nin Ticarət naziri Andrey Slepnev açıqlamasında bildirib ki, bu qərarın məqsədi:

“İstehsalatın azalması və tələbatın mövsümi artımı fonunda daxili motor yanacaq bazarında sabitliyi qorumaq və balansı təmin etməkdir.”

Sənədin qüvvədə qalma müddəti 2026-cı ilin sonuna qədər nəzərdə tutulur. Bu addım, həm yanacaq təchizatında tarazlığın saxlanılması, həm də aviasiya sektorunun iqtisadi yükünün azaldılması məqsədi daşıyır.