Finss.az xəbər verir ki, Çinin istehsalat sektorunda aktivliyi ölçən Satınalma Menecerləri İndeksi (PMI) 2025-ci ilin sentyabr ayında 49,4-dən 49,8-ə yüksəlib. Bu barədə Çinin Milli Statistika Bürosu məlumat yayıb.
Trading Economics platformasının sorğusuna əsasən, analitiklər PMI indeksinin 49,7 səviyyəsinə çatacağını proqnozlaşdırırdı. Reallıqda bu rəqəm 49,8 olub – bu isə proqnozlardan bir qədər yaxşı nəticə hesab olunur.
Bununla belə, altıncı ardıcıl ayda PMI göstəricisi 50 səviyyəsinin altında qalmaqda davam edir. Bu isə o deməkdir ki, Çinin sənaye sektorunda daralma hələ də davam edir və tam bərpa baş verməyib.
50-dən aşağı göstəricilər sektorda aktivliyin zəiflədiyini, 50-dən yuxarı rəqəmlər isə genişlənməni göstərir.
Mütəxəssislər bildirirlər ki, qlobal tələb zəifliyi, daxili bazarda istehlakın zəifləməsi və geosiyasi risklər hələ də Çin sənayesinə təzyiq göstərir.