Finss.az xəbər verir ki, dünyaca məşhur Madden NFL və Battlefield video oyunlarının istehsalçısı olan Electronic Arts Inc. (EA) tarixi sövdələşməyə imza ata bilər. Məlumata görə, şirkət Səudiyyə Ərəbistanının suveren sərvət fondu (PIF) və ABŞ-lı investorlar tərəfindən satın alına bilər.
Danışıqlarda Silver Lake Management və Jared Kushnerə məxsus Affinity Partners kimi böyük oyunçuların iştirakı ilə EA-nın satışı üzrə müqavilənin bu həftə ərzində elan ediləcəyi gözlənilir.
Əgər razılaşma baş tutarsa, bu, video oyun sənayesində indiyədək baş verən ən böyük leveredli alış (leveraged buyout) ola bilər. Sövdələşmə həm maliyyə dünyasında, həm də texnologiya sektorunda böyük rezonans doğura bilər.
Electronic Arts bu mümkün satışla həm investisiya miqyasını, həm də strateji tərəfdaşlıqları genişləndirməyə hazırlaşır. Xüsusilə Səudiyyə Ərəbistanının PIF fondu son illərdə texnologiya və əyləncə sektoruna böyük sərmayələr yatırır və bu alqı EA-nın beynəlxalq bazarlarda təsir gücünü artırmağa xidmət edə bilər.