Finss.az xəbər verir ki, Çinin süni intellekt sahəsində fəaliyyət göstərən qabaqcıl startapı Momenta, 6 milyard dollar dəyərində investisiya raundu keçirməyə hazırlaşır. Bu barədə CNBC, məsələ ilə tanış olan mənbələrə istinadən məlumat yayıb.
Məlumatlara görə, investisiya raundu hələ də davam edir və şirkətin qiymətləndirməsi raundun gedişinə uyğun olaraq dəyişə bilər.
Momenta, avtomobil istehsalçıları üçün yarı-avtonom və tam avtonom sürüş texnologiyaları təqdim edən proqram təminatı və özünüidarəetmə alqoritmləri hazırlayır. Bu texnologiyalar avtomobillərə intellektual idarəetmə funksiyaları əlavə etmək üçün istifadə olunur və Çin daxilində bir çox avtomobil brendləri ilə əməkdaşlıq qurulub.
Şirkət, süni intellekt və maşın öyrənməsi sahəsində qlobal bazarda rəqabətə davamlı həllər təklif etməsi ilə tanınır.