Dünya bazarlarında Azeri Light (CIF) markalı Azərbaycan neftinin qiyməti yüksəlməkdə davam edir.
Finss.az xəbər verir ki, Azərbaycanın yüngül neftinin 1 barelinin qiyməti 0,77 dollar və ya 1,2% artaraq 66,05 dollar olub.
Qeyd edək ki, əvvəlki ticarət sessiyasında Azeri Light nefti 65,28 dollar səviyyəsində qiymətləndirilmişdi.
Xatırladaq ki, Azərbaycanın 2025-ci il dövlət büdcəsində “Azeri Light” markalı neftin 1 barelinin orta qiyməti 70 dollar götürülüb.
