Dünya əmtəə bazarlarında neftin qiyməti artıb.
Finss.az xəbər verir ki, noyabrın 27-nə olan ticarət sessiyasında əsas neft markaları bahalaşıb.
WTI markalı xam neft (Nymex) gün ərzində 0,43 dollar və ya 0,73% bahalaşaraq bir barel üçün 59,08 dollar olub. Brent markalı neftin (ICE) qiyməti isə 0,25 dollar və ya 0,39% artaraq 63,59 dollar səviyyəsinə yüksəlib.
