BİRJA

20 Oktyabr

Qızıl bahalaşıb, platin və paladyum ucuzlaşıb

20 oktyabr 2025-ci il tarixində beynəlxalq birjalarda qiymətli metalların qiymətlərində müxtəlif istiqamətli dəyişikliklər müşahidə olunub. Qızıl və gümüşün qiymətləri artdığı halda, platin və paladyumda eniş qeydə alınıb.

Finss.az xəbər verir ki, qızılın spot qiyməti 4 259,34 ABŞ dolları/unsiya təşkil edib. Bu, əvvəlki günlə müqayisədə 0,3 faiz artım deməkdir. ABŞ-da dekabr fyuçers müqavilələri üzrə qızıl qiyməti 4 273 dollar səviyyəsində müəyyən olunub və 1,4 faiz artım göstərib.

Gümüşün spot qiyməti 0,6 faiz bahalaşaraq 52,18 ABŞ dolları/unsiya, platin isə 2 faiz ucuzlaşaraq 1 589,60 ABŞ dolları/unsiya səviyyəsində formalaşıb. Paladyum isə 1 470,83 ABŞ dolları/unsiya dəyərində ticarət olunub ki, bu da 0,2 faiz azalma deməkdir.