2025-ci ilin yanvar-sentyabr ayları ərzində Azərbaycandan Malayziyaya birbaşa xarici investisiyaların həcmi 3,665 milyon ABŞ dolları təşkil edib.
Finss.az Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 3,639 milyon ABŞ dolları və ya təqribən 141 dəfə çoxdur.
Birbaşa xarici investisiyaların ümumi həcmi nəzərə alındıqda, Malayziyaya yatırılan Azərbaycan investisiyalarının payı 0,2% təşkil edib. 2024-cü ilin yanvar-sentyabr aylarında isə Azərbaycandan Malayziyaya birbaşa xarici investisiyaların ümumi həcmi yalnız 26 min ABŞ dolları olmuşdu.
Qeyd edək ki, 2025-ci ilin ilk 9 ayında Azərbaycan iqtisadiyyatına ümumilikdə 4,736 milyard ABŞ dollarından çox birbaşa xarici investisiya daxil olub ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 213,485 milyon ABŞ dolları və ya 4,7% artım deməkdir. Eyni zamanda, hesabat dövründə Azərbaycandan xarici iqtisadiyyata yönəldilmiş birbaşa xarici investisiyaların həcmi 2,039 milyard ABŞ dolları olub ki, bu da 2024-cü ilin ilk 9 ayına nisbətən 658,090 milyon ABŞ dolları və ya 47,7% artım deməkdir.
Fuad Mədətov
Finss.az
