2026-cı ilin yanvarın 1-nə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 11,515 milyard ABŞ dolları təşkil edib.
Finss.az Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, bu göstərici 2025-ci ilin dekabrın 1-i ilə müqayisədə 81,1 milyon dollar və ya 0,7% artım göstərib.
Eyni zamanda, AMB-nin valyuta ehtiyatları son 1 il ərzində 555,4 milyon ABŞ dolları və ya 5,1% yüksəlib.
Fuad Mədətov
Finss.az
