2025-ci ilin yanvar-sentyabr ayları ərzində Azərbaycandan Avstriyaya fiziki şəxslərin pul köçürmələrinin həcmi 3,790 milyon ABŞ dolları təşkil edib.
Finss.az Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 518 min ABŞ dolları və ya 12% azalma deməkdir.
Hesabat dövründə Azərbaycandan xaricə ümumi pul köçürmələrində Avstriyanın payı 1% təşkil edib. Eyni zamanda, Avstriyadan Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 7,504 milyon ABŞ dolları olub ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 4,9 milyon ABŞ dolları və ya 39,5% azalma deməkdir. Avstriyadan Azərbaycana ümumi pul köçürmələrində Avstriyanın payı 0,9% səviyyəsində olub.
Qeyd edək ki, 2024-cü ilin yanvar-sentyabr aylarında Azərbaycandan Avstriyaya pul köçürmələrinin həcmi 4,308 milyon, əks istiqamətdə isə 12,414 milyon ABŞ dolları təşkil etmişdi.
Ümumilikdə, 2025-ci ilin ilk 9 ayında Azərbaycandan xarici ölkələrə fiziki şəxslərin pul köçürmələrinin həcmi 361,357 milyon ABŞ dolları olub ki, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 46,925 milyon ABŞ dolları və ya 11,5% azalma deməkdir. Eyni zamanda, xarici ölkələrdən Azərbaycana pul köçürmələrinin həcmi 849,910 milyon ABŞ dolları təşkil edib ki, bu da illik müqayisədə 0,2% artım göstərir.
Fuad Mədətov
Finss.az
