BANK

13 Yanvar

Azərbaycanda ticarət və xidmət sektoruna kredit qoyuluşları artıb

2025-ci ilin dekabrın 1-nə Azərbaycanda fəaliyyət göstərən banklar və qeyri-banklar tərəfindən ticarət və xidmət sektoruna qoyulmuş kreditlərin həcmi 4,294 milyard manat təşkil edib.

Finss.az Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, bu göstərici aylıq müqayisədə 71,7 milyon manat və ya 1,7%, 2024-cü ilin eyni dövrü ilə müqayisədə isə 236,9 milyon manat və ya 5,8% artım göstərib.

Ümumilikdə, dekabrın 1-nə real sektora kredit qoyuluşu üzrə kredit portfeli 32,009 milyard manat olub. Bu, aylıq müqayisədə 294,5 milyon manat və ya 0,9%, illik müqayisədə isə 2,4 milyard manat və ya 8,3% artım deməkdir.

Fuad Mədətov
Finss.az