BANK

13 Yanvar

Milli valyutada kreditlər artıb

2025-ci ilin dekabrın 1-nə Azərbaycanda kredit təşkilatları tərəfindən yeni kredit qoyuluşlarının cəmi 2,733 milyard manat təşkil edib.

Finss.az Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 151,7 milyon manat və ya 5,9% artım deməkdir.

Yeni kreditlərin 2,428 milyard manatı milli valyutada, 305 milyon manatı isə xarici valyutada verilib.

Milli valyutadakı kreditlərin 696,8 milyon manatı qısamüddətli, 1,731 milyard manatı isə uzunmüddətli olub. Xarici valyutada verilmiş kreditlərin 156,2 milyon manatı qısamüddətli, 148,7 milyon manatı isə uzunmüddətli kreditlər təşkil edib.

2024-cü ilin eyni dövrü ilə müqayisədə milli valyutada qoyulmuş yeni kreditlər 106,9 milyon manat və ya 4,6%, xarici valyutada qoyulmuş kreditlər isə 44,8 milyon manat və ya 17,2% artıb.

Beləliklə, dövr ərzində manatla verilmiş yeni kreditlər xarici valyutadakılardan təxminən 8 dəfə çox olub.

Fuad Mədətov
Finss.az