BANK

13 Yanvar

Azərbaycan Almaniya iqtisadiyyatına investisiya qoyuluşunu artırıb

2025-ci ilin yanvar-sentyabr aylarında Almaniyadan Azərbaycana yatırılan birbaşa xarici investisiyaların həcmi 23,278 milyon ABŞ dolları təşkil edib.

Finss.az Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 50% azalma deməkdir. Hesabat dövründə Almaniyadan gələn investisiyaların Azərbaycanın ümumi birbaşa xarici investisiyalarındakı payı 0,5% olub.

Azərbaycan isə eyni dövrdə Almaniya iqtisadiyyatına 53,175 milyon dollar sərmayə qoyub, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 3 dəfə çoxdur. Bu sərmayələr Almaniyanın ümumi birbaşa xarici investisiyaları içində 2,6% paya malikdir.

Ümumilikdə, 2025-ci ilin ilk 9 ayında Azərbaycana yönəlmiş birbaşa xarici investisiyalar 4,736 milyard ABŞ dolları, Azərbaycandan xarici iqtisadiyyata yönəlmiş sərmayələr isə 2,039 milyard ABŞ dolları təşkil edib. Bu göstəricilər müvafiq olaraq 2024-cü ilin eyni dövrü ilə müqayisədə 4,7% və 47,7% artım deməkdir.

Fuad Mədətov
Finss.az