BANK

30 Sentyabr

Macarıstandan Azərbaycana birbaşa xarici investisiyalar 80%-dən çox artıb

2025-ci ilin ilk 6 ayı ərzində Macarıstandan Azərbaycana birbaşa xarici investisiyaların həcmi 166,206 milyon ABŞ dolları təşkil edib.

Finss.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 73,979 milyon dollar və ya 80,2% artım deməkdir. Hesabat dövründə Azərbaycana qoyulan birbaşa xarici investisiyaların ümumi həcminin Macarıstandan olan payı 3,1%-dən 5,2%-ə yüksəlib. Bununla da Macarıstan Azərbaycanın ən çox birbaşa investisiya etdiyi xarici ölkələr siyahısında 7-ci pillədə qərarlaşıb.

Müqayisə üçün bildirək ki, 2024-cü ilin ilk yarımilində Macarıstandan Azərbaycana birbaşa xarici investisiyaların həcmi 92,227 milyon dollar təşkil etmişdi.

Qeyd olunur ki, 2025-ci ilin ilk 6 ayında Azərbaycan iqtisadiyyatına qoyulan birbaşa xarici investisiyaların ümumi həcmi 3,222 milyard ABŞ dolları olub ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 244,295 milyon dollar və ya 8,2% artım deməkdir.

Eyni zamanda, hesabat dövründə Azərbaycandan xarici ölkələrin iqtisadiyyatına yönəlmiş birbaşa xarici investisiyaların həcmi 1,350 milyard ABŞ dolları olub ki, bu da 2024-cü ilin ilk 6 ayı ilə müqayisədə 351,561 milyon dollar və ya 35,2% artım deməkdir.

Fuad Mədətov
Finss.az