2025-ci ilin ilk altı ayı ərzində İsveçrədən Azərbaycana qoyulan birbaşa xarici investisiyaların həcmi 226,6 milyon ABŞ dolları təşkil edib.
Finss.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 202,2 milyon dollar və ya 9,3 dəfə artım deməkdir. Hesabat dövründə İsveçrənin Azərbaycan iqtisadiyyatına qoyulmuş birbaşa xarici investisiyaların ümumi həcminə payı 7% olub.
Müqayisə üçün qeyd olunur ki, 2024-cü ilin ilk altı ayında İsveçrədən Azərbaycana birbaşa xarici investisiyaların həcmi 24,4 milyon dollar təşkil etmişdi.
Cari ilin ilk yarısında Azərbaycanın iqtisadiyyatına qoyulan ümumi birbaşa xarici investisiyaların həcmi 3 milyard 222 milyon ABŞ dolları olub ki, bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 244 milyon 295 min dollar və ya 8,2% artım deməkdir.
Hesabat dövründə Azərbaycandan xarici ölkələrin iqtisadiyyatına yönələn birbaşa xarici investisiyaların həcmi 1 milyard 350 milyon ABŞ dolları təşkil edib ki, bu da 2024-cü ilin ilk altı ayı ilə müqayisədə 351 milyon 561 min dollar və ya 35,2% artım deməkdir.
Fuad Mədətov
Finss.az