BANK

30 Sentyabr

Böyük Britaniyadan Azərbaycana pul köçürmələri artıb

2025-ci ilin ilk altı ayında Azərbaycandan Böyük Britaniyaya fiziki şəxslərin pul köçürmələri 12,3 milyon ABŞ dolları təşkil edib. 

Finss.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 1,3 milyon dollar və ya 9,6% azdır.

Hesabat dövründə Azərbaycandan xaricə göndərilən pul köçürmələrinin ümumi həcmində Böyük Britaniyanın payı 5,1% təşkil edib.

Eyni dövrdə Böyük Britaniyadan Azərbaycana pul köçürmələri 18,7 milyon dollar olub, bu isə 2024-cü ilin ilk yarısı ilə müqayisədə 2,6 milyon dollar və ya 16,2% artım deməkdir. Xaricdən daxil olan köçürmələrdə Böyük Britaniyanın payı 3,5% təşkil edib.

Ümumilikdə, 2025-ci ilin ilk 6 ayında Azərbaycandan xaricə göndərilən pul köçürmələrinin həcmi 238,180 milyon dollar, xaricdən Azərbaycana daxil olan köçürmələr isə 533,957 milyon dollar təşkil edib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə müvafiq olaraq 8,2% və 6% azalma deməkdir.

Fuad Mədətov
Finss.az