AVTO

27 Noyabr

Toyota Corolla-nın 13-cü nəslinin konsept dizaynı: Ön radiator barmaqlığı olmadan...

Finss.az - Toyota populyar Corolla modelinin on üçüncü nəslinin dizaynını nümayiş etdirəcək konseptini təqdim etməyə hazırlaşır.

Konsept hazırkı seriya modelindən ciddi şəkildə fərqlənir və müasir Toyota elektromobillərinin dizayn üslubunun təkmülünü əks etdirir. Ön hissədə ənənəvi radiator barmaqlığı yoxdur, onun yerini ön bamperdəki hava girişi tutur. İki pilləli işıqlandırma texnikası mürəkkəb pikselli dizayna malikdir. Arxa monofənər eyni üslubda hazırlanıb, baqaj qapağına spoyler quraşdırılıb”, – məlumatda bildirilir.

Sedan nazik dam dirəkləri və çıxıntılı yan tərəflərlə fərqlənir. Dekorativ örtməli ön qanadda, ehtimal ki, doldurma portu üçün qapaq var, buna görə də konseptin sırf elektromobil deyil, ən azı plagin hibrid olacağı gözlənilir. Güc aqreqatı barədə isə rəsmi açıqlama verilməyib.