SIĞORTA

27 Noyabr

Azərbaycanın sığorta bazarı böyüyüb

2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycandakı 16 sığorta şirkətinin xətti ilə 1,256 milyard manat sığorta haqqı toplanıb.

Finss.az Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdiyi ödənişlərin məbləği 772,6 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 24,2% çoxdur.

Toplanmış sığorta haqları isə ötən ilin eyni dövrü ilə müqayisədə 12,9% artıb.

Fuad Mədətov
Finss.az