Show

11 Aprel

“Bank Respublika” VAKANSİYA elan edir

"Bank Respublika" ASC Mobil tətbiqlər üzrə tester vəzifəsinə vakansiya elan edir.

Fins.az-ın məlumatına görə, bankın vakansiya ilə bağlı öhdəlikləri və tələbləri təqdim olunub.

Ümumi vəzifə öhdəlikləri:

Mövcud tətbiqlərin funksional testi (front-end və back-end), veb-servislərin keyfiyyətinin izlənilməsi;
Mobil tətbiqlərin daxili biznes məntiqinin inkişaf etdirilməsi;
Mobil tətbiqlərin keyfiyyətinə nəzarət edilməsi;
Xarici və daxili işçi qrupları ilə ünsiyyətin aparılması.

Namizədə qarşı tələblər:

Ali təhsil;
Mobil tətbiqlərin testləşməsi üzrə minimum 1 il iş təcrübəsi;
Dil bilikləri: Azərbaycan əla, Rus və İngilis dilləri texniki səviyyədə arzuolunandır;
API baza bilikləri arzuolunandır;
Sistemli şəkildə düşünmək və məhsulu inkişaf etdirə bilmək bacarığı; 
Məlumatlar əsasında təhliletmə və düzgün qərarvermə bacarığı;
Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
Komandanın bir üzvü olmaq üçün yeni iş mühiti və kollektivə tez uyğunlaşmaq bacarığı.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini emailin mövzu hissəsində Mobil tətbiqlər üzrə tester qeyd edərək 30 aprel 2023-cü il tarixinədək elektron ünvanına göndərə bilər. Əks təqdirdə müraciətlərə baxılmaya bilər. 

Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.