Show

11 Aprel

TuranBank VAKANSİYA elan edir

"TuranBank" ASC bazar riskləri mütəxəssis/ aparıcı / baş mütəxəssis vəzifəsinə vakansiya elan edir.

Fins.az-ın məlumatına görə, bankın vakansiya ilə bağlı vəzifə öhdəlikləri və tələbləri təqdim olunub.

Vəzifəyə olan tələblər:
Bakalavr (Risk menecment,maliyyə,iqtisadiyyat,ekonometrika və s. oxşar sahələr);
Bazar riskləri və ya digər müvafiq sahədə təcrübə;
Şəffaflıq və etik davranış standartlarının tələblərinə malik olma;
Komanda daxilində işləmə bacarığı və təşəbbüskar olmaq;
Mərkəzi Bank qaydalarının tələblərini bilmək;
Stress altında işləmə qabiliyyəti;
MS Office (Excel/Word/Powerpoint) yaxşı səviyyədə bilmək;
Maliyyə məhsulları və maliyyə bazarları haqqında bilik; 
Ekonometrika,statistik analitika haqqında biliklər arzuolunandır;
İngilis dili (ən azı intermediate səviyyə) rus dili (arzuolunandır);
CFA,FRM,PRM üzrə hər hansı mərhələni keçən namizədlərə üstünlük veriləcək; 
Risk menecmentlə bağlı digər sertifikatlar olan namizədlərə (CERM və s.) üstünlük veriləcək;
VBA, R,Python,Power BI proqramlaşdırma dillərini hər hansını bilən namizədlərə üstünlük veriləcək;
IFRS 9 üzrə ehtiyat ayrılması standartları üzrə biliklər arzuolunandır;
IRRBB üzrə biliklər arzuolunandır;
Maliyyə alətlərinin IFRS 13 standartları üzrə biliklər arzuolunandır;

Vəzifə öhdəlikləri:

Bazar/Likvidlik risk modellərinin hazırlanmasını təşkil etmək;
Yaradılan yeni məhsullar üzrə potensial risklərinin müəyyən edilməsi və təkliflərin verilməsi;
Stress-test modellərinin hazırlanması, tətbiq edilməsi və nəticələrinin analiz olunması;
Risk limitlərinin hesablanmasına dair təkliflər verilməsi;
LCR və NSFR kimi alətlər ilə likvidlik riskinin ölçülməsi;
Riskə məruz dəyər, Şərti Riskə məruz dəyər,durasiya, həssaslıq təhlili kimi alətlər ilə bazar riskinin ölçülməsi;
Fəaliyyəti ilə bağlı nəticələrin hesabatlılığının rəhbərliyə təqdim edilməsi;
Makroiqtisadi analizlərin aparılması;
Şöbənin fəaliyyəti ilə bağlı digər vəzifələri həyata keçirmək;
Bizim təkliflərimiz: 
Rəqabətli əmək haqqı
Risk menecment karyerası üzrə inkişaf etmək imkanları
Treninqlərdə iştirak etmək imkanları
Davamlı biliklərin artırılmasında dəstək 
Beynəlxalq risk menecment imtahanlarına hazırlıqda dəstək

Anketlərinizi  göndərməyiniz xahiş olunur. CV-lərinizi göndərərkən Mövzu hissəsinə “Bazar riskləri mütəxəssis/aparıcı mütəxəssis/baş mütəxəssis/” yazmağı unutmayın.