Show

10 Aprel

“Bank Respublika” VAKANSİYA elan edir

“Bank Respublika” ASC Rəqəmsal Bankçılıq və Biznes Proseslərinin İnkişafı Departamentində Sistem analitiki vəzifəsi üzrə vakansiya elan edir.
 
Fins.az-ın məlumatına görə, bankın vakansiya ilə bağlı öhdəlikləri və tələbləri təqdim olunub.
 
Ümumi vəzifə öhdəlikləri:
 
Proqram təminatının hazırlanması üzrə texniki tapşırıqların tərtibi;
Proqram təminatının funksional testi (front-end və back-end), veb-servislərin keyfiyyətinin izlənilməsi;
Proqram təminatının daxili biznes məntiqinin inkişaf etdirilməsi və keyfiyyətinə nəzarət;
Xarici və daxili işçi qrupları ilə ünsiyyətin aparılması;
Daxili hesabatların hazırlanması və onların təhlili.
 
Namizədə qarşı tələblər:
Ali təhsil;
Analitika sahəsi üzrə minimum 1 il iş təcrübəsi;
BPMN bilikləri;
MS Office (Word, Excel, Outlook) proqramları üzrə biliklər.
Dil bilikləri: Azərbaycan əla, Rus və İngilis dilləri texniki səviyyədə arzuolunandır;
SQL bilikləri arzuolunandır;
API baza bilikləri arzuolunandır;
Sistemli şəkildə düşünmək və məhsulu inkişaf etdirə bilmək bacarığı; 
Proqressiv düşüncə tərzi və çərçivələrdən kənara çıxma bacarığı;
Stressə davamlı, çalışqan və ünsiyyətçil;
Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini emailin mövzu hissədə Sistem analitiki qeyd edərək 30 aprel 2023-cü il tarixinədək [email protected] elektron ünvanına göndərə bilər. Əks təqdirdə müraciətlərə baxılmaya bilər. 
 
Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.