Show

05 Aprel

TuranBank VAKANSİYA elan edir

TuranBank məhsulların İnkişafı şöbəsinin aparıcı mütəxəssisi vəzifəsinə vakansiya elan edir.

Fins.az-ın məlumatına görə, bankın vakansiya ilə bağlı vəzifə öhdəlikləri və tələbləri təqdim olunub.

Vəzifəyə olan tələblər:

Müştəri ehtiyaclarına uyğun olan məhsulların yaradılmasına yönümlü bilik və bacarıqlara malik olmaq;
Kreditləşdirmə və xidmət sahələri üzrə biznes prosesləri ilə bağlı işlərin hazırlanması və icrası;
Müştəri ehtiyaclarının araşdırılması və məhsuln ehtiyaclara görə formalaşdırılması;
Rəqəmsal məhsullar və onların funksionallıqları barədə məlumatlılıq;
Komandada işləmə bacarığı;
Rəqəmsal məhsul və xidmətlərin inkişafında prioritetlərin düzgün təyin edilməsi bacarığı;
Problemləri həll etmə bacarığı;
Ünsiyyət bacarıqları;
Analitik bacarıqları;
Yaradıcı təfəkkür;
Müvafiq sahə üzrə 1 il iş təcrübəsi

Vəzifə öhdəlikləri:

Məhsulların hazırlanması üzrə prosesə rəhbərlik etmək;
Məhsul ilə bağlı tələbləri və risklərin müəyyən edilməsi ilə bağlı  müvafiq strukturlarla əməkdaşlıq etmək;
Məhsulun biznes göstəricilərinin monitorinqi və bununla bankın hədəflərinə uyğun nəticələrə nail olmaq;
Məhsulun vizionunu formalaşdırmaq, təqdim etmək və komanda üzvlərinə aşılamaq;
Digər Məhsul sahibləri ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində məlumatlarla bölüşmək və mümkün dəstəyin verilməsi şəraitində çalışmaq.
Anketlərinizi e-mail ünvanına göndərməyiniz xahiş olunur. CV-lərinizi göndərərkən Mövzu hissəsinə “Məhsulların İnkişafı şöbəsinin aparıcı mütəxəssisi” yazmağı unutmayın.