Show

03 Aprel

Kapital Bank VAKANSİYA elan edir

Kapital Bank loyallıq layihələrinin inkişafı şöbəsinin baş mütəxəssisi vəzifəsinə vakansiya elan edir.

Fins.Az-ın məlumatına görə, bankın vakansiya ilə bağlı öhdəlikləri və tələbləri təqdim olunub.

Öhdəliklər:

Əmək müqaviləsi, departamentin Əsasnaməsi, habelə fəaliyyətinə dair digər bankdaxili korporativ aktların müvafiq göstərişlərindən irəli gələn başqa funksiyaları icra edir
Birbaşa rəhbəri, İdarə Heyəti sədri tərəfindən verilən, Müşahidə Şurası və bankdaxili komitələrin qəbul etdiyi qərarlardan, əmək müqaviləsindən, departamentin Əsasnaməsi və fəaliyyətinə dair bankdaxili korporativ aktlardan irəli gələn tapşırıq və sərəncamları qeyd-şərtsiz yerinə yetirir
Şöbə rəisi tərəfindən təyin olunmuş müvafiq layihələr üzrə Bankın potensial partnyoru ola biləcək mağaza və şirkətləri bazar araşdırması vasitəsilə tapır və siyahısını tərtib edir
Mövcud layihələr üzrə partnyorluğa cəlb olunmuş partnyorun bankla əməkdaşlıq müddəti ərzində yaranmış çətinliklərinin aradan qaldırılması ilə bağlı işlərin görülməsi
Partnyorlar tərəfindən kampaniya müraciətlərinin qəbulu, icrası ilə bağlı müvafiq departamentlərə yönləndirilməsi və icrasının təqib olunması
Bankın Loyallıq layihələri üzrə partnyorların genişləndirilməsi

Tələblər:

Təcrübə: 3 il
Ali təhsil (bakalavr)
Kompyuter biliyi: MS Office, MS Excel, MS Word
Azərbaycan dili səlis, rus və ingilis dilləri yaxşı səviyyədə bilmək
Komandada işləmək bacarığı 
İşgüzar ünsiyyət və təhlil etmə bacarığı olmalı
Satış sahəsində ixtisaslaşmış
Korporativ satışlar üzrə (partnyor şəbəkəsi) təcrübəyə malik olmalı
Loyallıq layihələrinin inkişafı istiqamətində partnyor şəbəkəsi ilə işin qurulması

Biz Sizə stabil iş yeri, dinamik inkişaf və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, hr.kapitalbank.az portalımızdan qeydiyyat keçərək və ya [email protected] mail ünvanına CV-nizi göndərərək vakansiyamıza müraciət edə bilərsiniz.