Show

03 Aprel

“Rabitəbank" VAKANSİYA elan edir

“Rabitəbank" ASC beynəlxalq əlaqələr şöbəsi üzrə mütəxəssis vəzifəsinə vakansiya elan edir.

Fins.Az-ın məlumatına görə, bankın vakansiya ilə bağlı öhdəlikləri və tələbləri təqdim olunub.

Namizədin vəzifə öhdəlikləri:

Bankın yerli və xarici tərəfdaş banklarla, müxtəlif maliyyə qurumları ilə əlaqələrinin qurulmasını təşkil etmək və əməkdaşlığı davam etdirmək;
Gündəlik sənədləşmə işinin aparılması, mütəmadi olaraq müxtəlif sorğuların cavablandırılması və zəruri sənədlərin hazırlanıb tərəfdaşlara təqdim edilməsi;
Yerli və xarici tərəfdaş bankların və maliyyə qurumlarının qarşısında Bankın nüfuzunun  yüksək səviyyədə saxlanılması üçün öz təkliflərini vermək və müvafiq tədbirləri həyata keçirmək;
Yeni potensial tərəfdaş bankların və maliyyə qurumlarının müəyyən olunması istiqamətində araşdırmalar aparmaq və təkliflər vermək;
Bankın beynəlxalq sərgilərdə, konfranslarda, yerli və xarici tərəfdaş bankların, tədbirlərində Bankın təmsil olunması.

Namizədə tələblər:

 Tam Ali təhsil;
Azərbaycan, ingilis və rus dillərini səlis bilmək, 
Aidiyyatı sahədə ən azı 2 il iş təcrübəsi (bank və ya oxşar kredit təşkilatında iş təcrübəsinin olmasına üstünlük verilir); 
Analitik düşünmə qabiliyyəti;
Komanda tərkibində işləmə bacarığı;
Dəqiqlik, məsuliyyətlilik, operativlik, təşəbbüskarlıq, detallara diqqət yetirmək qabiliyyəti;
Yüksək kommunikasiya və təqdim etmə bacarığı, 
İşgüzar yazışmalar aparmaq qabiliyyəti;
Operativ və düzgün qərar vermək bacarığı;
MS Office proqramları ilə yüksək səviyyədə işləmək bacarığı.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Beynalxalq əlaqələr şöbəsinin mütəxəssisi” göstərməyiniz xahiş olunur. 

Əlaqə vasitələri:
E-mail: [email protected] 

Telefon: (012) 598 44 88, Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33