Show

31 Mart

“Rabitəbank" VAKANSİYA elan edir

“Rabitəbank" ASC Xəzinədar (Qusar, Ağsu və Lənkəran) vəzifəsi üzrə vakansiya elan edir.

Fins.Az-ın məlumatına görə, bankın vakansiya ilə bağlı öhdəlikləri və tələbləri təqdim olunub.

Vəzifə öhdəlikləri:

Nağd pul və qiymətlilərlə aparılan əməliyyatların Mərkəzi Bankın normativ göstəricilərinə və bankın daxili qaydalarına uyğun aparılmasını təmin edir;
Xəzinədə olan tələbatdan və limitdən artıq nağd pul və qiymətliləri bankın ehtiyyat fonduna təhvil verir;
Müştərilərə xəzinə xidməti göstərir;
Kassa dövriyyəsi və kassa simvolları haqqında hesabat hazırlayıb aidiyyatı struktura təqdim edir;
Filialdaxili xəzinədə həyata keçirilən mədaxil-məxaric əməliyyatlarını bankdaxili bank sisteminə daxil edir;
Filialın nəzdində olan mübadilə məntəqələrini nağd pul ilə təmin edir;
Filialın pul anbarının açılması, bağlanması, oraya nağd pulun və digər qiymətlilərin qoyulub götürülməsini qaydalara uyğun həyata keçirir;
Nağd pul və digər qiymətlilərlə bağlı aparılmış əməliyyatlar barədə müəyyən olunmuş formalarda hesabatları təqdim edir;
Mərkəzi Bankın qaydalarına uyğun olaraq dövriyyəyə yararsız nağd pulun və digər qiymətlilərin dövriyyədən çıxarılmasını, dəyişdirilməsinı icra edir;
Xəzinədə olan nağd pul vasitəsini bandrollaşdırır;

Vəzifəyə olan tələblər:

Bu sahə üzrə 1 il iş təcrübəsi (Bank və ya kredit təşkilatlarında iş təcrübəsinə üstünlük verilir);
Vətəndaş qüsürsuzluğuna malik olma;
Kollektivdə işləmə bacarığı;
Diqqət və nəzarət etmə xüsusiyyətlərinə malik olma;
Nəzakətli, gülərüz olmaq;
Təşəbbüskarlıq, məsuliyyətlilik, diqqətlilik və etibarlılıq kimi müsbət keyfiyyətlərə malik olmaq.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “filialın adı qeyd olunaraq xəzinədar ” göstərməyiniz xahiş olunur. 

Əlaqə vasitələri:
E-mail: [email protected] 
Telefon: (012) 598 44 88, 
Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33