Show

29 Mart

Access Bank VAKANSİYA elan edir

Access Bank İT Texniki Dəstək Mütəxəssisi (Cash-in Terminallar üzrə) vəzifəsinə vakansiya elan edir.

Fins.az-ın məlumatına görə, bankın vakansiya ilə bağlı təsvir və tələbləri təqdim olunub.

Təsvir:
Bankın Cash-in ödəniş terminallarına texniki dəstək göstərmək;
Ödəniş terminalları üzrə yeniliklərin izlənilməsi, tətbiqi ilə bağlı prosesləri icra etmək;
Telefon və ya e-poçt vasitəsilə texniki yardım istəyən müştərilər üçün ilk əlaqə nöqtəsi kimi xidmət etmək;
Diaqnostik üsulları və əlaqədar sualları istifadə edərək uzaqdan problemləri həll etmək;
İKT xidmətləri haqqında dəqiq məlumat vermək;
Sorğunun statusunun icrasını izləmək;
İstifadəçilərdən daxil olan rəyləri və təklifləri müvafiq komanda üzvlərinə yönəltmək;
Proseduraların inkişafına dair təkliflər irəli sürmək.
Tələblər:
İstifadəçilərə texniki yardım rolunda və ya Cash-in ödəniş terminallarına texniki dəstək üzrə təcrübə;
Ofis avtomatlaşdırma sistemlərlə, məlumat bazalarla təcrübə və uzaqdan idarəetmə bilikləri;
Əsas texniki problemləri təyin etmək və həll etmək bacarığı;
İngilis, Azərbaycan və Rus dillərini bilməsi;
Əla ünsiyyət bacarıqları;
Müştəri-yönümlülük;
İnformasiya texnologiyaları və ya əlaqəli sahədə Bakalavr dərəcəsi.