Show

29 Mart

PASHA Bank VAKANSİYA elan edir

PASHA Bank Kreditlərin Bərpası üzrə Kiçik Mütəxəssis vəzifəsinə vakansiya elan edir.

Fins.az-ın məlumatına görə, bankın vakansiya ilə bağlı işin nədən ibarət olduğu və sizdən nə tələb olduğu təqdim olunub.

İşiniz nədən ibarətdir?

Qeyri-işlək kreditlərin restrukturizasiyası və bərpası üzrə cavabdehlik; gəlirlilik və xidmət standartlarının təkmilləşdirilməsi və yüksək səviyyədə icrası;
Problemli kreditlərlə iş üzrə metodologiya və proseduraların hazırlanması: erkən və sonrakı təqib (fərdi, KOS və CİB seqmentləri üzrə); problemli kreditlərin idarə olunması, restrukturizasiyası, problemli biznes kreditlərin bərpası;
Problemli kreditlər üzrə təyin olunmuş limitlər çərçivəsində restrukturizasiya qərarlarının icrası (fərdi, KOS və CİB seqmentləri üzrə);
Maliyyə vəziyyətinin dirçəlməsi və ödənişi gecikdirilən kreditlərlə bağlı problemlərin həll edilməsi məqsədi ilə fəaliyyət planlarının hazırlanması və icrasında fəal iştirak; problemli kreditlərin bərpası yolunda restrukturizasiya planlarının hazırlanması və tətbiqində fəal iştirak;
Müştərilərlə mütəmadi olaraq əlaqə saxlanılması (görüşlər, telefon zəngləri, mesajlar və s. vasitəsilə); müştərilərin davranışlarına nəzarət və onların təhlili; problemli kreditlərin bərpası məqsədi ilə rəsmi bildirişlərin göndərilməsi;
İlkin mərhələdə müştərinin maliyyə vəziyyətinin təhlili, qiymətləndirilməsi və təxmini olaraq bərpanın müzakirəsi;
Görülən işlərin nəticələri barədə şöbənin səlahiyyətli şəxslərinə hesabat vermək (yığımla bağlı hesabat və s.);
Kreditlərin bərpası üzrə imkanların davamlı olaraq təkmilləşdirilməsi;
Birbaşa rəhbər tərəfindən verilən digər tapşırıqların icrası.

Sizdən nə tələb olunur?

Təhsil: maliyyə, iqtisadiyyat və ya digər müvafiq sahə üzrə bakalavr təhsili
Təcrübə: kredit, risk və ya müvafiq sahə üzrə 1 il iş təcrübəsi
Xarici dil: ingilis dili (orta), rus dili (orta)
Kompüter bilikləri: Microsoft Office proqramları
Digər: güclü ünsiyyət və münaqişələrin həlli bacarıqları