Show

13 Mart

İnsan resursları üzrə mütəxəssis VAKANSİYA

ABB İnsan resursları üzrə mütəxəssis / aparıcı / baş mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

Fins.az-ın məlumatına görə, bankın vakansiya ilə bağlı öhdəlikləri və tələbləri təqdim olunub.

Görəcəyiniz işlər:

İnsan resursları sahəsi üzrə qabaqcıl təcrübələri öyrənərək strateji təşəbbüsləri və metrikləri formalaşdırmaq və onların icrasının təmin edilməsi istiqamətində dəstək vermək;
Təşəbbüslərin vaxtında və keyfiyyətlə icrasına nəzarət etmək, onlara sahiblik edən struktur bölmələrinə icra ilə bağlı dəstək göstərmək;
İcra edilmiş strateji təşəbbüslərin keyfiyyətini ölçmək və zərurət olduqda keyfiyyətin artırılması istiqamətində müvafiq tədbirlər həyata keçirmək;
Qlobal və yerli bazarda İnsan resursları sahəsinə aid yeni trendləri müəyyən etmək və onların əsasında strategiyaya aid təkliflər formalaşdırmaq;
Strategiyanın icrası zamanı zərurət yarandığı təqdirdə kənar məsləhətçiləri cəlb etmək və onlarla yaxından çalışmaq;
Xüsusi hallarda müəyyən təşəbbüslər üzrə sahibliyi öz üzərinə götürmək və təşəbbüslərin icrasına görə məsuliyyət daşımaq;  
Strategiya üzrə görülmüş və icrada olan təşəbbüslər barədə rəhbərliyə hesabatlar və təkliflər vermək.

Bizim üçün uyğun namizəd:

Ali təhsilli (xarici təhsil və ya beynəlxalq sertifikat üstünlükdür);
İnsan resurslarının idarə edilməsi sahəsində ən azı 1 il iş təcrübəsi olan;
Agile metodologiyası ilə yaxından tanışlığı olan;
Yaxşı səviyyədə MS Office proqramları biliyinə malik olan;
Xarici dilləri bilən (İngilis dili mütləqdir, rus arzuolunandır);
Data əsasında nəticə çıxarma, problem həll etmə və araşdırma bacarıqları olan;
Yüksək təqdimat və ünsiyyət qabiliyyəti olan;
Komandada işləmə bacarığı olan şəxsdir.     

Əgər axtardığımız namizəd sizsinizsə portalda qeydiyyatdan keçərək vakansiya üzrə müraciət edə bilərsiniz.

Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək.