Show

13 Mart

Korporativ bankçılıq şöbəsinin müştəri təmsilçisi üzrə VAKANSİYA

Xalq Bank korporativ bankçılıq şöbəsinin müştəri təmsilçisi üzrə vakansiya elan edir.

Fins.Az-ın məlumatına görə, bankın vakansiya ilə bağlı öhdəlikləri və tələbləri təqdim olunub.

İş qrafiki: 09:00 - 18:00 / Bazar ertəsi - Cümə

Namizədə dair tələblər:

Maliyyə, menecment və ya iqtisadiyyat istiqaməti üzrə magistr təhsilin olması;
Azərbaycan dili mükəmməl səviyyədə (rus və ingilis dili arzuolunandır);
Yüksək səviyyədə ünsiyyət qurmaq bacarığı;
Yüksək səviyyədə satış bacarığı;
Maliyyə hesabatlarının təhlil etmə bacarığı;
Tələb olunan sahə üzrə 2 illik iş təcrübəsi.

İşin təsviri:

Yeni korporativ müştərilər cəlb etmək;
Potensial müştərilərdən bank xidmətləri üzrə sifarişləri qəbul etmək və satışı həyata keçirmək;
Mövcud müştəri portfelini idarə etmək, müştərilərə bu seqmentə aid bütün növ bank məhsullarını satmaq;
Müştərilərin ehtiyaclarını müəyyən edərək, onları müvafiq bank xidmət və məhsullarına dair məlumatlandırmaq;
Müştəri müraciətlərinin aidiyyatı struktur bölmələr tərəfindən icrasını təmin etmək;
Cari və planlaşdırılmış əməkdaşlıqların effektivliyini təhlil etmək;
Görülmüş işlər üzrə hesabat vermək.

QEYD:  Tələblərə uyğun olmayan və mail-da "Mövzu" qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan "CV"-lərə baxılmayacaq. CV-lər azərbaycan dilində, “Xalq” Bankın CV formasını doldurmaqla göndərilməlidir.

Əlaqə vasitələri: 

E - mail: [email protected]

Telefon:   (012) 404 43 39

Faks: (012) 404 43 34