Show

13 Mart

Problemli kreditlərlə iş şöbəsinin mütəxəssisi üzrə VAKANSİYA

Xalq Bank problemli kreditlərlə iş şöbəsinin mütəxəssisi üzrə vakansiya elan edir.

Fins.Az-ın məlumatına görə, bankın vakansiya ilə bağlı öhdəlikləri və tələbləri təqdim olunub.

İş qrafiki: 09:00 - 18:00 / Bazar ertəsi - Cümə 

Namizədə dair tələblər:

Maliyyə, menecment, iqtisadiyyat və ya hüquq istiqaməti üzrə magistr təhsilinin olması;
Analoji sahə üzrə və ya bank işi sahəsində minimum 4-6 illik iş təcrübəsi;
Peşəkar səviyyədə MS Office, xüsusilə MS Excel-dən istifadə bacarığı;
İşdə dəqiqlik, stressə davamlılıq və detallara fikirvermə qabiliyyəti;
Kollektivdə və gərgin iş qrafikində işləmək bacarığı olmalı;
Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan (oğlanlar üçün);
Azərbaycan dilini mükəmməl səviyyədə bilməli;
Əmək funksiyalarının yerinə yetirilməsi üçün Azərbaycan Respublikasının mülki, mülki-prosessual, icra haqqında, ipoteka haqqında və digər qanunvericilik və normativ-hüquqi aktlarını, o cümlədən bankdaxili normativ aktları bilməli.

İşin təsviri:

Problemli Borcalanların kredit müqavilələrinin portfelə daxil olduğu gündən etibarən təqibinin həyata keçirilməsi;
Əməkdaşa təhkim olunmuş portfel üzrə Problemli borcalanlar ilə görüşlərin keçirilməsi, mütəmadi zənglərin edilməsi;
Problemli borcalanların maliyyə vəziyyətindən asılı olaraq kredit borclarını restrukturizasiyaya cəlb edilməsi;
Problemli borcların qaytarılması istiqamətində müvafiq tədbirlərin görülməsi;
Təhkim olunmuş portfelə gündəlik nəzarət etmək, aparılmış işlərə dair portfeldə qeydlər etmək;
Problemli borcalan barəsində məhkəməyə müraciət edilməsi ilə bağlı kredit dosyesi üzrə müvafiq sənədləri hazırlayaraq Hüquq İdarəsinə təhvil verilməsi;
Məhkəmə müddətində problemli borcalan barəsində aparılan prosesual addımların izlənməsi və portfeldə müvafiq qeydlərin aparılması;
Problemli borcalanlarla birbaşa görüşlərin təşkili, girov və biznesin monitorinqin həyata keçirilməsi;
Kreditin sağlamlaşdırılması üçün təkliflərin hazırlanması;
Analoji işlərin təşkili üçün regionlara ezam olunması.

QEYD: Tələblərə uyğun olmayan və mail-da "Mövzu" qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan "CV"-lərə baxılmayacaq. CV-lər azərbaycan dilində, “Xalq” Bankın CV formasını doldurmaqla göndərilməlidir.

Əlaqə vasitələri: 
E - mail: [email protected]

Telefon:  (012) 404 43 39

Faks: (012) 404 43 34