BİZNES

26 Noyabr

Azərbaycandan İtaliyaya xam neft ixracı artıb

2025-ci ilin yanvar–oktyabr aylarında Azərbaycandan İtaliyaya 12,1 milyon ton xam neft və neft məhsulları ixrac olunub, dəyəri 6,2 milyard ABŞ dolları təşkil edib.

Finss.az Dövlət Gömrük Komitəsinin məlumatına əsasən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 7%, həcm baxımından 29,8% artım deməkdir.

Hesabat dövründə İtaliya Azərbaycan neftini idxal edən ölkələr arasında birinci yerdə qərarlaşıb. Qeyd olunur ki, yanvar–oktyabr aylarında Azərbaycanın ümumi xam neft və neft məhsulları ixracı təxminən 20,8 milyon ton, dəyəri isə 10,9 milyard dollar olub.

Fuad Mədətov
Finss.az